Rusiyada silsilə partlayışlar - VİDEO

01.06.2019 14:39

Rusiyanın Nijni Novqorod şəhərindəki partlayıcı maddələrin istehsal olunduğu fabrikdə silsilə partlayışlar baş verib.

Tass agentliyi xəbər verir ki, hadisə nəticəsində neçə nəfərin həyatını itirdiyi məlum deyil. Bölgəyə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Yaxınlıqda yaşayan sakinlər təcili təxliyə olunub.

Onlara yeni partlayışların ola biləcəyi barədə xəbərdarlıq edilib. Hadisənin səbəbləri araşdırılır.

Redaktor.az

,

© xezerxeber.az


317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR