ABŞ-da atışma: 12 ölü, 6 yaralı - VİDEO

01.06.2019 10:24

ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə şəhərin polis rəisi Cim Server bildirib.

"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib.

Silahlı insidentin səbəbininpsixi xəstəlik və ya iş yerində yaranmış münaqişə ola biləcəyi bildirilir. ABŞ KİV-inin məlumatına görə, Virciniya-Biç bələdiyyəsinin bir işçisi bələdiyyəyə girərək atəş açmağa başlayıb.

Cim Server hadisəni törədənin ölü ələ keçirildiyini bildirib.

***

ABŞ-ın Virciniya ştatının kurort şəhəri olan Virciniya-Biç şəhərində atışma baş verib.

Bu haqda şəhər polisinin tvitter səhifəsində bildirilir.

Bir neçə nəfərin yaralandığı xəbər verilir. Hadisənin şübhəlisi saxlanılıb.

Zərərçəkənlərin sayı və yaralanmaların xarakteri haqqında dəqiq məlumat yoxdur. Bəzi mətbu orqanlar isə hadisə zamanı 1 nəfərin öldürüldüyünü, 6 nəfərin yaralandığını xəbər veriblər.

İnsidentin təfərrüatı açıqlanmır.

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2019 09:51

Ət satanlara ŞAD XƏBƏR

ÇOX OXUNANLAR