Ölkəni kəpənək bürüyüb - VİDEO

31.05.2019 19:35

Ölkədə kəpənəklər artıb. Xüsusən də bu gün sözügedən həşəratların kütləvi şəkildə uçuşu müşahidə edilib. Bəs onlar kənd təsərrüfatı bitkilərinə ziyan vura bilərmi? Ən əsası insanlar üçün təhlükəsi varmı?

Xezerxeber.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova deyib ki, kəpənəklərin bu cür artımının əsas səbəbi miqrasiyadır.

Bu kəpənəklər miqrasiya dövründə gün ərzində 500 kilometr, ümumilikdə 5 min kilometrədək məsafə qət edə bilirlər. Dəstələrdə isə milyonlarla kəpənək olur. Onlarin 15-20 gündən sonra məhv olacağı bildirilir.

Bu arada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur. Bu həşəratlar kənd təsərrüfatında bioloji mübarizə vasitələrindən hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


491 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR