Şamaxıda sabit və etibarlı su təchizatı üçün yeni mənbə yaradılır - VİDEO

31.05.2019 19:26

Havaların ildən-ilə daha da isti keçməsi və quraqlıq nəticəsində su mənbələrinin azalması bir sıra bölgələrdə olduğu kimi Şamaxıda da yay aylarında içməli su təminatında müəyyən çətinliklər yaradıb. Üstəlik son dövrlər Şamaxı şəhərinin böyüməsini və turizmin inkişafı içməli suya olan tələbatı daha da artırıb.

Xezerxeber.az-ın məlumatına görə, bütün bunlar nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb.

Dövlət vəsaiti hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir.Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyasını inşası nəzərdə tutulub.Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi 19 km. uzunluğunda magistral su kəməri vasitəsilə təmin olunacaq.

Layihə çərçivəsində şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan 4 yeni su anbarı da inşa olunub. Ümumilikdə tikinti-quraşdırma işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulub. Su mənbəyi istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR