Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Prezident İlham Əliyev selfi çəkən gəncə kömək edib - VİDEO

31.05.2019 19:48

İki gün əvvəl Bakıda keçirilm UEFA Avropa Liqasinin final oyununda maraqlı anlar yaşanıb. Prezident İlham Əliyevin oyuna baxmağa gəldiyini görən bir gənc onunla uzaqdan şəkil çəkdirmək istəyib. Bunu görən dövlət başçısı həmin gəncə yaxınlaşıb və selfi çəkməkdə ona yardımçı olub.

''Xəzər Xəbər''ə danışan həmin gənc Prezidentlə çəkdirdiyi selfinin hələ də sevincini yaşadığını deyir.

Xezerxeber.az-ın məlumatına görə, görüntü 29-da Bakı Olimpiya Stadionunda baş tutan "Çelsi"-"Arsenal" oyunu zamanı lentə alınıb. Paytaxt sakini Ayxan Şumalov da oyunu izləmək üçün stadiona gedib. Matçı izləyənlər arasında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də olub. Ayxan Şumalov Prezidenti görən kimi onunla selfi çəkmək istəyib.

Ayxan Şumalov deyir ki, Prezident İlham Əliyevlə selfi çəkdikdən sonra onu sosial şəbəkələrdə paylaşıb. Səhəri gün isə bütün ölkə mediasının ondan yazmasına çox sevindiyni deyir.

Qeyd edək ki, oyundan sonra dövlət başçısının azarkeşlərlə çəkilən daha bir maraqlı videosu da yayılıb. Belə ki, Prezident gənclərin əyləşdiyi tribunaya yaxınlaşıb, onlarla foto çəkdirib. Prezidentin bu jestinə cavab olaraq gənclər "Azərbaycan" sədaları səsləndiriblər. Daha sonra İlham Əliyev tribunada əyləşən və onunla görüşmək istəyən azyaşlıya yaxınlaşaraq ona əl uzadıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






979 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR