Quba və Xaçmazda yeni məktəblər tikilir - VİDEO

23.05.2019 19:35

Qubanın Alekseyevka kəndində 960 şagird yerlik, 3 mərtəbəli, 40 sinif otağı, laboratoriya otaqları olan müasir məktəb tikilir.

Yeni məktəbdə kompüter otaqları, akt zalı, yeməkxana, geniş məktəb həyəti, açıq stadion,qazanxana, su çənləri inşası nəzərdə tutulub. Həmçinin, məktəb müasir işıqlandırma və istilik sistemi ilə təchiz olunacaq.

Xaçmaz şəhəri 5 nömrəli 432 şagird yerlik, 4 blokdan ibarət yeni tam orta məktəbin tikintisi dədavam edir. ən son tikinti normaları ilə inşa edilən bu məktəbdə də 216 yerlik akt zalı, yeməkxana,idman zalının olması nəzərdə tutulub.

Prezidentin tapşırığı ilə dövlət vəsaitinə inşa olunan hər iki iki məktəbin növbəti dərs ilinə qədər təhvil verilməsi nəzərdə tutulub.

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR