Tikinti aparılan ərazidə seysmik vəziyyət öyrəniləcək - VİDEO

23.05.2019 19:26

Paytaxt Bakıda və rayonlarda tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq oluna bilər.

Belə bir təkliflə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli çıxış edib. Bu məqsədlə Mərkəzdə ABŞ Seysmik Əməkdaşlıq proqramının və Kanadanın Geologiya Xidmətinin əməkdaşları ilə müzakirələr keçirilib. Müzakirlərdə tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair xarici təcrübənin örgənilməsi üçün məsləhətləşmələr aparılıb.

Qurum rəsmisinin sözlərinə görə,tikinti aparılan ərazilərdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq olunması üçün Dövlət Şəhərsalma və Arxitektura komitəsində də müzakirələr aparılıb.

Yeni tikinti normativləri işlənib hazırlanandan sonra təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






155 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR