Palata sədri - Bunlar son 7 ildə ən yüksək göstəricilərdir - VİDEO

23.05.2019 18:43

"2018-ci il dövlət büdcəsinin təhlilinin nəticəsinə görə, büdcənin gəlir və xərcləri son 7 ilin həm icra, həm də məbləğ baxımından ən yüksək göstəriciləridir". Bunu jurnalistlərə açiqlamasinda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, hazırkı məlumatlaraəsasən, dövlət borcunun ümumi daxili məhsula nisbəti göstəricisi də yaxşı səviyyədədir.

Vüqar Gülmməmmədov 2019-cu ilin ilk 5 ayı ərzində həyata keçirilmiş nəzarət tədbirlərindən də danışıb. Palata sədrinin sözlərinə görə, bu il 2 nəzarət tədbiri həyata keçirilib ki, bununla bağlı nəticələr hüquq-mühafizə orqanlarına göndərilib. Onların təqdim etdikləri hesabata əsasən, hər bir nəzarət tədbiri ilə bağlı cinayət işi başlanıb. Aparılan nəzarət tədbirləri nəticəsində yaranan fərq dövlət büdcəsinə bərpa olunub.

Qeyd edək ki, 27 ölkənin Ali Audit qurumunun nümayəndələrinin iştirak etdiyi İşçi Qrupu Bakıda toplantı keçirir. Toplantıda Dövlət Borcu üzrə İşçi Qrupun Katibliyinin hesabatının, 2020-2022-ci illər üçün Dövlət Borcu üzrə İşçi Qrupun İş Planı, 2017-2019-cu illər üzrə İş Planının müzakirəsi nəzərdə tutulur...

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR