Qorxunc olay: 3 yaşlı qız naməlum şəkildə yoxa çıxdı - Bir həftə sonra isə... - VİDEO

20.05.2019 14:42

Türkiyənin Qars şəhərinin Sarıqamış ilçəsində yaşayan 3 yaşlı Nurcan Sadə anidən evlərinin qarşısından yoxa çıxıb.

Azyaşlının cansız bədəni bir həftə sonra dərədə tapılıb.

Onun axtarışlarında jandarm qüvvələri ilə yanaşı, təlim keçmiş itlər də iştirak edib. Axtarış əməliyyatlarının 3-cü günündə Nurcanın ətəyi kənddən 4 km uzaqda tapılıb. 6-cı gün isə onun ayaqqabıları çay kənarında aşkarlanıb. Atası 2 dəfə axtarış heyətindən həmin əraziyə baxmağı istəyib. Lakin nəticə əldə olunmayıb. Daha sonra onun cansız bədəni dərə kənarında tapılıb.

Qeyd edək ki, Nurcan Yadigar və Xeyrəddin cütlüyünün 8 övladından 7-cisi olub./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR