Prezident İlham Əliyev Bakıda Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub - VİDEO

15.05.2019 20:55

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro” sərgiləri ilə tanış olub.

Xezerxeber.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov və "Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlətimizin başçısına sərgilərlə bağlı məlumat veriblər.

Bildirilib ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. "WorldFood Azerbaijan” və "Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada, eyni zamanda, qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.

Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib.

Bu il "WorldFood Azerbaijan” sərgisi 25 illik yubileyini qeyd edir və bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurub.

Dövlətimizin başçısı sərgidə stendlər ilə tanış olub. Sərgidə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəal iştirak edir.

Ənənəvi olaraq, sərgidə "Made in Azerbaijan" brendi altında geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları təqdim olunur. Burada, eyni zamanda, suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunur.

Dövlətimizin başçısı "WorldFood Azerbaijan” və "Caspian Agro” sərgilərinin işinə uğurlar arzulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






155 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2019 13:10

Saxta balın zərərləri

ÇOX OXUNANLAR