Bakıda tələbələrin mübahisəsi ölümlə nəticələndi - AÇIQLAMA - VİDEO

15.05.2019 19:27

Bakıda tələbələr arasında mübahisə birinin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Nərimanov rayonu ərazisində baş verib.

Bakı İdarəetmə və Texnologiya Kollecinin 2-ci kurs tələbəsi Qalib Əsgərov digər qrupda oxuyan Cümşüd Balabəyovla dərsdən sonra Koroğlu Rəhimov küçəsində mübahisə edib. Digər tələbələr onların davasına mane olub. Bu zaman Qalib Əsgərov yerə yıxılıb. O, hadisə zamanı dünyasını dəyişib. Məlumata görə, Qalib Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Kollecin direktoru Faiq Şahbazlı deyir ki, tələbələr arasında əvvəllər ədavət olmayıb. Hadisə ilə bağlı Cümşüd Balabəyov polis tərəfindən saxlanılıb.

Nərimanov rayon prokuroluğu faktı araşdırır.

Xezerxeber.az Faiq Şahbazlının açıqlamasını təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






579 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR