Bu işıqfor sürücülərin işini çətinləşdirir - VİDEO

21.04.2019 19:03

Paytaxtın Nizami rayonu Oqtay Vəliyev küçəsində yerləşən işıqfor sürücülərin işini asanlaşdırmaq əvəzinə bir az da çətinləşdirir. Çünki burada tez-tez qırmızı işıq yansa da yol ayrıcının digər hissəsindən nadir hallarda avtomobil gəlir. Buna səbəb işıqforun müəssisənin qabağında qoyulmasıdır. Sürücülər bu işıqforun idarə edilən olmasını istəyir.

Xezerxeber.az-ın məlumatına görə, işıqforun qarşısında yerləşdiyi müəssisədən çox az hallarda avtomobil çıxır, amma buna görə sürücülər əziyyət çəkir. Çünki hərəkət olmaya-olmaya sürücülər işıqforu gözləməli olurlar. Bu hal demək olar ki, günün bütün saatlardan yaşanır.

Burada yol hərəkətinin təşkilində sürücüləri narazı salan məqam lüzumsuz yerə günün bütün saatlarında işıqforda gözləməkdir. İşıqforda hər 1 dəqiqədən bir 15-20 saniyə qırmızı işıq yanır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər'' ə açıqlamasında bildirib ki, əraziyə yenidən baxış keçiriləcək və problem aşkarlanarsa müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az

FOTOQALERIYA






450 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR