Xaricdə tədbirə qatılmaq üçün pul verdi, dələduzluqla üzləşdi - VİDEO

21.04.2019 19:04

Xaricdə tədbirə qatılmaq istəyən şəxsi aldadaraq pulunu mənimsəyiblər.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkədə Röyal İsmayılov adlı şəxs xaricdə beynəlxalq konfransda iştirak etməyə dəstək olmaq adı ilə Bakı sakini Tural Abdullayevin 1000 avro pulunu mənimsəyib.

Bu iddia ilə Tural Abdullayev "Xəzər Xəbər"ə müraciət edıb. O bildirib ki, Röyalın paylaşdığı postu internetdə axtarış edərkən tapıb və hər şey də bundan sonra başlayıb.

Pul ötən ilin oktyabr ayında göndərilib və tədbir bu ilin fevral ayında olduğuna görə Tural Abdullayev Röyaldan konfransla bağlı məlumatları istəyib. Lakin o nə tədbirə gedə, nədəki pulunu ala bilib.

Tural Abdullayev bildirib ki, həmin şəxs hazırda Macarıstanda yaşayır. Tural xaricdə tədbir elanları ilə maraqlananları daha diqqətli olmağa çağırır.

Şikayətçi məsələ ilə paytaxtın Yasamal Rayon Polis İdarəsinə müraciət edib.

Məsələ ilə bağlı Röyal İsmayılovla əlaqə saxladıq. O bildirdi ki, bu il martın 12-də pulu bank vasitəsilə Tural Abdullayevə göndərib, ancaq əməliyyat səhvliyi ucbatından həmin şəxs pulu götürə bilməyib. Nəticədə həmin vəsait Röyal İsmayılovun özünə qayıdıb. Röyal İsmayılov bildirir ki, o, aprelin 29-da Bakıya gələcək və 1000 avro vəsaiti nağd olaraq Tural Abdullayevə təqdim edəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






461 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2019 13:10

Saxta balın zərərləri

ÇOX OXUNANLAR