Heyvan bazarında ucuzlaşma var - VİDEO

21.04.2019 19:06

Son günlər regionun ən böyük bazarı olan Bərdənin heyvan bazarında ucuzlaşma müşahidə olunur. Bazarda iribuynuzlu və xırdabuynuzlu heyvanların qiyməti düşüb. Cəlilabaddakı mal bazarında da qiymətlərdə dəyişiklik var.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlki günlərə baxanda bazarlarda iribuynuzlu və xırdabuynuzlu heyvanlarda qiymət dəyişikliyi yaranıb.

Bərdənin heyvan bazarında son iki həftədir ki, qiymətlər enib. Yerli sakinlər gətirdikləri heyvanları əvvəlkindən ucuz qiymətə təklif edir. Bu həftə baş tutan bazarda 100 kiloqramlıq heyvanın qiyməti 100 manat ucuzlaşaraq 800 manata təklif edilib. Satıcılar bildirir ki, ümumiyyətlə, bu həftə bazarda heyvanların qiyməti 50-100 manat arası ucuzlaşıb.

Çəkisi çox olan iribuynuzlularda ucuzlaşma daha çox nəzərə çarpır. Bunun səbəbini isə ətə olan tələbatın azalması ilə izah edirlər.

Ucuzlaşma xırdabuynuzlu heyvanlarda da müşahidə olunur. Heyvan sahibləri bildirirlər ki, heyvan bol olduğuna görə süni qiymət artımına şərait yaranmır.

Cəlilabaddakı heyvan bazarında da satıcılar bildirir ki, ötən həftəylə müqayisədə indi qiymətlərdə ucuzlaşma baş verib. İstər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların qiymətində kifayət qədər fərq yaranıb.

Bazarda 150 manatdan tutmuş 300 manata qədər qiymətdə xırdabuynuzlu heyvana rast gəlinir. Qiymətlər əsasən malların çəkisinə görə dəyişir. Amma balalı heyvanlar digərlərinə nisbətən baha satılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






432 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR