Abşeronda silahlı şəxs yaxalandı - yeddi dəfə məhkumluq həyatı yaşayıb - VİDEO

21.04.2019 18:30

Abşeronda maşınında odlu silah gəzdirən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, şübhəli şəxsdən silah və onun güllələri aşkarlanıb.

Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində odlu silah gəzdirən şübhəli şəxs tutulub. O, Bakı şəhər sakini, 43 yaşlı Məmməd Mirzəyevdir.

Saxlanılan Məmməd Mirzəyev polis bölməsinə aparılıb və isttintaqa cəlb olunub.

O, ilkin dindirmə zamanı silahı sellofan torbada tapdığını bildirib.

Qeyd edək ki, Məmməd Mirzəyev müxtəlif maddələr üzrə yeddi dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






448 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR