İşlədikləri kafeni taladılar, yaxalandılar - VİDEO

25.03.2019 18:54

Ağcabədidə işlədikləri kafedən oğurluq edən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Ağcabədi rayon sakini Rüstəm Quliyev polis şöbəsinə müraciət edərək, ona məxsus restorandan 540 manat dəyərində spirtli içkilərin oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əlimərdan İsmayılov və dostu Elvin Hüseynov saxlanılıb.

Məlum olub ki, restoranda ofisiant işləyən Əlimərdan İsmayılov bahalı spirtli içkilərin saxlandığı yer barədə Elvin Hüseynova məlumat verib və onlar gecə saatlarında oğurluq hadisəsini törədiblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR