İçərişəhərdə “Bahar festivalı” açılıb - VİDEO

20.03.2019 19:13

Bayram tətilinin ilk günündə insanların istirahətinə yağış da mane ola bilmədi. Havanın çiskinli keçməsinə baxmayaraq hər kəs Novruz Bayramı istirahətinidaha maraqlı keçirməyə çalışıb. Bu gündən ''İçərişəhər'' Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən paytaxt sakinləri və qonaqları üçün ənənəvi "Bahar Qalası" festivalı start götürüb. Festivaldan maraqlı görüntüləri təqdim edirik.

Bəzisi oynayır,bəzisi isə onlar üçün təşkil edilən konstert proqramına baxır.Onlar Novruz bayramı istirahətini bu cür keçirirlər.

Havanın yağışlı keçməsinə baxmayaraq Novruz bayramını açıq səma altında qeyd edənlər çoxdu. Görüntülər ''İçərişəhər'' Dövlət Tarix-Memarlıq Qoruğundandır. Burada paytaxt sakinləri və qonaqları üçün ənənəvi "Bahar Qalası" festivalı start götürüb.

Qoşa Qala meydanında təşkil olunan bayram tədbirində bir-birindən fərqli rəqslər və müğənnilərin ifasında mahnılar təqdim olunub.Bu isə insanların istirahətini daha da maraqlı edib.

"Bahar Qalası" festivalında yerli vətəndaşlarla yanaşı, xarici ölkələrdən gələn turistlər də sanki doğma ölkələrində olduğukimi özlərini rahat hiss ediblər. Onlar şəkil çəkdirib, rəqs edib, bir sözlə Novruz bayramının ləzzətin çıxarıblar. Tursitlər arasında İran İslam Respublikasından,Rusiyadan,Çindən,Amerika Birləşmiş Ştatlarından gələnlər olub.

"Bahar Qalası" festivalı martın 27-dək davam edəcək. Bu arada bayram günlərini daha xoş keçirmək istəyənlər üçün hava şəraitinin necə olacağıda maraqlıdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə,yağışlı hava bu gün axşama qədər davam edəcək.

Rayonlarda dasabahdan etibarən yağıntıların kəsəcəyi və havanın temperaturunun yüksələcəyi praqnozlaşdırılır.

© xezerxeber.az


320 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR