Bərdədə avtomobil su kanalına düşüb, ölən var - VİDEO

20.03.2019 17:59

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

İdarəetmədən çıxan avtomobil su kanalına düşüb.


Bildirilir ki, "Mercedes" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Yolçiyev Adil Nadir oğlu ağır vəziyyətdə olan həyat yoldaşını xəstəxanaya vaxtında çatdırmaq üçün nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Ancaq o, qadının artıq dünyasını dəyişdiyini müəyyən etdikdə, həyəcandan sükana nəzarəti itirib və avtomobil kanala düşüb.

Hazırda avtomobilin kanaldan çıxarılması və həyatını itirən qadının kimliyi araşdırılır.

© xezerxeber.az

FOTOQALERIYA






242 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR