Yay turları 50 faiz ucuz təklif edilir - VİDEO

12.01.2019 19:54

Turizm sektorunda erkən rezervasiyaya start verilib. Yay üçün indidən tur paket almaq istəyən şəxslər büdcələrinə 50 faizə qədər qənaət edə bilərlər. Hətta elə otellər var ki, erkən rezervasiya ilə yay aylarında eyni qiymətə 7 gün yox, 14 gün dincəlmək olar. Amma belə rezervasiya edənlər diqqətli olmalıdır. Əks halda ödədikləri bütün vəsait boşa çıxa bilər.

Xezerxeber.az-ın məlumatına görə, turizm sektorunda erkən rezervasiya dövrünə start verilib. Xüsusən də Türkiyədə olan otellər əvvəlcədən qazanc əldə etmək və otelləri doldurmaq üçün qiymətləri daha çox endiriblər.

Turizm üzrə mütəxəssis Rəhman Quliyevin sözlərinə görə, hətta bu günlərdə Türkiyənin Antalya, Bodrum kimi istirahət bölgələrində 700-800 dollara 5 ulduzlu oteldə 14 günlük istirahət paketi də almaq mümkündür. Halbuki, mövsüm vaxtı bu qiymətə ancaq 7 gecəlik paket almaq olur.

Erkən rezervasiyanın mənfi cəhəti isə tarixlər və ya səfər edəcək şəxsin adını dəyişməyin cəriməli olmasıdır. Mütəxəssis bildirir ki, bu cərimlər ümumi məbləğin 70, 80, hətta 100 %-i həcmində ola bilir.

Səfər ərəfəsində problem olmaması üçün səyahət edəcək şəxs cərimələri əvvəlcədən bilməli və turizm şirkəti ilə mütləq müqavilə bağlamalıdır. Müqavilədə cərimənin miqdarı əksini tapmalıdır. Ödənişlərin müqabilində isə qəbz tələb edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






399 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR