Bu avtomobilin hər şeyi əllə idarə olunur - 61 illik maşın Zaqatala küçələrində şütüyür - VİDEO

09.11.2018 20:45

61 illikmaşını sanki indi zavoddan çıxıb. Ən xırda detalına qədər orginallığı qorumaq üçün Rusiya, Gürcüstan və başqa ölkələrdən maşına lazım olan detallar əldə edilib. Zaqatala sakininin saz vəziyyətdə saxladığı maşın əl ilə idarə olunur.

Bu avtomobilin hər şeyi əllə idarə olunur.

61 illik maşın Zaqatala küçələrində şütüyür.

Görənlərin diqqətini çəkən bu qeyri- adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur.Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə yığılıb.

Maşının özünə xas olan detallarını tək tək yığan Azər başqa avtomobillərin detalından istifadə etməyib.

Ən maraqlısı odur ki 1957 -ci ildərusiyadaistehsal olunansmz -3a markalıavtomobil ancaq əllə idarə olunur.Maşını idarə etmək üçün lazım olan bütün detallar sükanın ətrafında quraşdırılıb.

Maşını görən hər kəs maraqla baxır və foto şəkil çəkdirir.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR