Bir bayrağın tarixi: 1918-ci ildə parlamentdə dalğalanan bayraq 100 il sonra vətənə gətirildi - VİDEO

09.11.2018 19:32

Sıradakı xəbərimiz Azərbaycan Xalq Cumhuriyyətinin parlamentində dalğalanan bayraqla bağlıdır. Məhz həmin bayraq uzun illərdən sonra bu ilin mayında Türkiyədən ölkəmizə gətirilib. 100 illik bayrağın, Azərbaycan Xalq Cumhuriyyətinin əmanətinin çox maraqlı bir tarixçəsi var. Bayraq uzun illərlə gizli şəkildə qorunub saxlanılıb və ən sonda aid olduğu məkana,vətəninə- Azərbaycana gətirilib.

Şəkildəki bu bayraq 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin parlament binasında ilk dəfə dalğalanan bayraqdır. O bayraq ki, AXC-nin süqutundan sonra illərlə gizli şəkildə müxtəlif xarici ölkələrdə qorunaraq saxlanılıb, nəsildən-nəsilə ötürülüb.Həmin bayraq yenidən öz vətəninə 100 ildən sonra gətirilib.

Bayrağı mühacirətdə göz bəbəyi kimi qoruyan AXC-nin qurulmasında müstəsna rolu olan ictimasi-siyasi xadim Mirzəbala Məmmədzadə olub.

Prezident yanında Strateji araşdırmalar Mərkəzinin əməkdaşı, Mirzəbala Məmmədzadə irsininin tədqiqatçısı Əfqan Vəliyev qeyd edir ki, Mirzəbala Məmmədzadə 1959-cu ildə ölüm ayağında olarkən qoruduğu 3 rəngli bayraği ailəvi dostu,katibi Eldəniz Kurtulana verərək vəsiyyət edir ki, nə zamansa dövlət rəmzini öz vətəninə qaytarsın.

Əfqan Vəliyevin Mirzəbala Məmmədzadə irsini araşdırması onu Eldəniz Kurtulanla yaxınlaşdırır.

Müsahibim deyir ki,bayraq ona xeyli sonra 2016-cı ildə Mirzəbala Məmmədzadənin uzaq qohumları tərəfindən təqdim edilib. Bundan sonra Əfqan Vəliyev şanlı bayrağı Azərbaycana təqdim etməyi özünə borc bilib.

Əfqan Vəliyev qeyd edir ki, illərlə qorunub saxlanılan bayrağın məhz AXC-nin 100 illik yubileyində azərbaycana gətirilməsi onun üçün həm xoş təsadüf,həm də bir qürurdur.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR