Qaxda tövlə yandı - VİDEO

12.07.2018 17:17

Qaxda iki qonşunun bir birinə bitişik olan tövlələri yanıb.

Ötən gecə rayonun Zəyəm kəndində yerləşən Qüdrət Mustafayev və Dilbər Kərimovaya məxsus fermalarda baş verən yanğın zamanı xəsarət alan olmasa da tövlə və içərisində olan ot bağlamaları, 45 baş toyuq cücə və hər qonşunun tövləyə yığdıqları 1 tondan çox taxılı yanaraq külə dönüb.

Ev sahiblərinin dediyinə görə gecə anidən yaranan yanğın getdikcə böyüyüb və mal tövləsinin tamamını bürüyüb. Yanğın zamanı tövlələrdə olan mal-qara çıxarılıb. Dərhal hadisə yerinə Qaxdan2, Zaqataladan isə1 yanğınsöndürən maşın və canlı qüvvəcəlb olunub.

Yaxınlıqda olan iki yaşayış evi və bir mal tövləsi yanğından mühafizə edilib.

Faktla bağlı Qax yanğından mühafizə hissəsinidə araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR