Xəzər Xəbər

“WhatsApp”da yeni funksiya işə salınacaq

Texnologiya | 15:03 • 21 Sentyabr 2020
“WhatsApp”da yeni funksiya işə salınacaq

"WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.


Bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.


Yeniliyə əsasən, "WhatsApp”da "Əlaqəli qurğular” düyməsi peyda olacaq.


Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq.

Xəbər lenti