Xəzər Xəbər

"Samsung" son məhsulunu təqdim etdi - 2020-nin ən yaxşı telefonu gəlir

Texnologiya | 15:28 • 7 Avqust 2020
"Samsung" son məhsulunu təqdim etdi - 2020-nin ən yaxşı telefonu gəlir

"Samsung” maraqla gözlənilən yeni smartfonunu təqdim edib.


Şirkətin son məhsulu olan "Note 20” modeli bu günə qədər ən güclü telefonu olması ilə diqqət çəkir.


Hands-on video reveals the Galaxy Note 20 Ultra in full detail


6.7 düymlü 2400 x 1080 görüntü imkanına malik "Dinamik AMOLED 2X Sonsuz-O” ekranına sahib smarftonun kənarları qıvrımlı deyil və bununla öz sələflərindən fərqlənir. Ehtimal ki, "Note 20”nin ekranı "Display Mate”dən tam xal alaraq 2020-ci ilin ən yaxşı mobil ekranı seçiləcək.


Gücünü 8 nüvəli "Qualcomm Snapdragon 865 Plus” cipset və 8 GB LPDDR5 RAM-dan alan telefonun 256 GB daxili yaddaşı mövcuddur.


Samsung's Galaxy Note 20 is official: Release date, features ...


Telefonun arka hissəsində 12 Megapiksel f/1.8 diafraqma 64 Megapiksel telefoto lens f/2.0 diafraqma (30X Space Zoom) + 12 Megapiksel 120 dərəcə ultra geniş bucaqlı obyektiv, f/2.2 diafraqmalı kamera yerləşdirilib. Ön hissədə isə 10 Megapiksel f/2.2 diafraqmalı selfi kamerası mövcuddur.


Международные версии смартфонов Samsung Galaxy Note 20 останутся с ...


AKG imzalı və "Dolby Atmos” dəstəkli stereo dinamiklər ilə gələn smartfon səs mövzusunda olduqca iddialıdır.


Qutusundan "Android 10” əməliyyat sistemi ve 25W sürətli enerjiyığma dəstəkli 4.300 mAh potensiallı batareya ilə çıxan telefon 2020-ci ilin sonunda "Android 11” ilə tanış olacaq./Publika.az

Xəbər lenti