Xəzər Xəbər

Huawei yenə birinci oldu: Samsung erası başa çatır?

Texnologiya | 10:42 • 1 İyul 2020
Huawei yenə birinci oldu:

"Ağıllı" telefon bazarında böyük rəqabət davam edir. Bazarı uzun müddətdən bəri idarə edən Samsung apreldən etibarən, sıxışdırılmağa başlayıb. Hazırda ən böyük bazar payına malik şirkət Huawei-dir. Firma may ayında da ən çox satılan "ağıllı" telefon markası olub. Samsung bu dəfə də liderliyi ələ ala bilmyib.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bazar araşdırma şirkəti CounterPoint brendlərin may ayındakı bazar paylarını açıqlayıb.


Qeyd edilib ki, ən çox satılan "ağıllı" telefon markası 19,7 faiz bazar payı ilə Huawei olub. Samsung-un isə cüzi fərqlə - 0,1 faiz - ikinci ola bilib (19,6 faiz).


Siyahının ilk üçlüyünü 13 faizlik bazar payı ilə Apple qapadır.


Oppo, Xiaomi və Vivo isə 8 faiz bazar payı ilə dördüncü pilləni bölüşürlər. Yerdə qalan 23 faizi isə digər markalar təşkil edir.

Xəbər lenti