Xəzər Xəbər

"Skype" tətbiqi texno-bazarı tərk edə bilər?

Texnologiya | 10:10 • 27 May 2020
"Skype" tətbiqi texno-bazarı tərk edə bilər?

Koronavirus pandemiyası ilə əlaqədar olaraq "Microsoft Teams” tətbiqinin gözlənilməz uğuru "Skype” istifadəçilərini müəyyən narahatlıqlar ilə üzbəüz qoyub. Belə ki, istifadəçilər təchizatçıların, birincinin uğurunu görüb, "Skype” tətbiqinin fəaliyyətini sonlandırmaq istəklərinin yaranmasından ehtiyyat etdiklərini bildiriblər.

Open.az saytı "VentureBeat” resursuna istinadən məlumat verir ki, "Microsoft 365” layihəsinin rəhbəri Ceff Teper, istifadəçilərin qorxularının əsassız olduğunu və sözügedən tətbiqlərin, eyni ilə "Facebook Messenger” və "WhatsApp” kimi fəaliyyət göstərməyə davam edəcəklərini bildirib.

Bundan əlavə gələcəkdə "Microsoft Teams” və "Skype” tətbiqlərinin hətta öz aralarında "mübadilə alətləri” ilə təchiz olunacaqları belə gözlənilir.

Xəbər lenti