Xəzər Xəbər

Vatsap mesajlara məhdudiyyət qoydu

Texnologiya | 15:08 • 7 Aprel 2020
Vatsap mesajlara məhdudiyyət qoydu

Populyar kommunikasiya platforması Vatsap mesajların ötürülməsinə məhdudiyyət qoyub.

Qərar koronavirus böhranında yanlış bilgilərin qarşısının alınması və ya sürətinin azaldılması məqsədilə qəbul edilib.

Vatsapdan verilən açıqlamada platformanın şəxsi söhbətlərə dair tətbiq olaraq qalması üçün çalışdıqları bildirilib.

Qeyd edək ki, məhdudiyyətdən əvvəl mesajlar 5 müxtəlif insan və ya qrupa yönləndirilirdi. İndi bu say 1-ə enib./publika.az

Xəbər lenti