Xəzər Xəbər

“Facebook” və “Google” koronavirusla bağlı Məlumat yaydı

Texnologiya | 15:53 • 17 Mart 2020
“Facebook” və “Google” koronavirusla bağlı

"Facebook”, "Google”, "Microsoft”, "LinkedIn”, "Reddit”, "Twitter” və "YouTube” kompaniyaları birgə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, şirkətlər bəyanatda koronavirus infeksiyası COVID-19-la əlaqədar səhv məlumat yayılmasının qarşısını almaq məqsədilə sıx mübarizə apardıqlarını açıqlayıblar.

Bəyanatı "Facebook” kompaniyası yayıb.

"Biz virusla bağlı dələduzluq və yanlış məlumatlandırma ilə birlikdə mübarizə aparır, platformalarımızda etibarlı kontent yerləşdirir və bütün dünyadakı dövlət səhiyyə qurumlarının kritik dərəcədə vacib yeniliklərini koordinasiya olunmuş şəkildə paylaşırıq”, – deyə məlumatda bildirilir.

Həmçinin, bu kompaniyalar digər korporasiyaları "cəmiyyətlərin sağlam və təhlükəsizliyi üçün” əməkdaşlığa çağırıblar.

Qeyd edək ki, bundan əvvəl "Facebook” kompaniyası koronavirusun yayılması ilə əlaqədar olaraq tibbi maskaların reklamına müvəqqəti qadağa qoymuşdu.

Xəbər lenti