Xəzər Xəbər

“Apple”a gözlənilməz zərbə “iPhone" bahalaşacaq

Texnologiya | 15:25 • 21 Fevral 2020
“Apple”a gözlənilməz zərbə

Çində yayılan yeni tip koronavirus "Apple” şirkətinin fəaliyyətinə də təsirsiz ötüşməyib.

Epidemiya yeni istehsal olunan cihazların təqdimat tarixini gecikdirə bilər.

İstehsaldakı gecikmə sadəcə məhsulların sayına deyil, eyni zamanda bazara çıxarılan "iPhone” modellərinin qiymətlərində artıma səbəb olacaq.

Çin fabriklərindəki"iPhone” istehsal proqramında gecikmə yaşandığını açıqlamayan sektora yaxın qaynaqlar "Apple” tədarükçülərinin bu mərhələdə 30-50% potensialla işlədiyini söyləyir.

Qeyd edək ki, şirkət yeni "iPhone 9” modelini mart və ya aprel ayında müştərilərinə təqdim etməyi planlaşdırır./publika.az

Xəbər lenti