Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA

20.02.2020 15:42

Elm adamları Yer kürəsi ilə toqquşa biləcək asteroidləri təsbit edə bilmək üçün süni intellektdən istifadə edib.

Süni intellekt Yer kürəsi ilə toqquşma ehtimalı olan 11 asteroid aşkarlayıb.

Belə ki, araşdırmaçılar dünya ilə toqquşma potensialı olan asteroidləri təsbit edəcək sinir şəbəkəsini yaratmaq üçün Günəş və planetlərin 10 min il boyunca izləyəcəkləri orbitlər modelləşdirilib. Bununla birlikdə, Yer kürəsinə toqquşacağı xəyal edilən asteroidlərdən ibarət məlumatlar bazası yaradılıb. Alimlər bu xəyali təhlükəli asteroid bazasını sinir şəbəkəsini Yer kürəsinə təhdid təşkil edən asteroidlərin necə müəyyən ediləcəyi mövzusunda təlimləndirmək üçün istifadə edib. Prosesdə yeni super-kompüter "ALICE” iştirak edib.

Sinir şəbəkəsi şotland dilində "salam” mənasını verən HOI Hazard Object Identifier – Təhlükəli Nəsnə Müəyyənedici) adlandırılıb. NASA-nın məlumatlar bazasında yerləşən 2 min kosmik nəsnə ilə işləyən HOI 90,99% doğru şəkildə asteroidləri aşkar etməyi bacarıb. Aşkarlanan asteroidlərin hər birinin uzunluğu 10 metrdən çoxdur. Bu təhlükələrin 2131 və 2923-cü illərdə dünyaya yaxınlaşma ehtimalı var./publika.az

© xezerxeber.az


203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR