Xəzər Xəbər

Çin 4 eksperimental peykini orbitə buraxdı

Texnologiya | 08:58 • 20 Fevral 2020
Çin 4 eksperimental peykini orbitə buraxdı

Çin fevralın 20-də dörd eksperimental peykini orbitə buraxdı.


Bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) xəbər verib.


Peyklərin buraxılması yerli vaxtla 05:07-də Siçuanın cənub-qərbindəki kosmodromdan Çenjen-2D (CZ-2D) raket daşıyıcısının vasitəsi ilə reallaşdırılıb.


Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də ayın kəşfiyyatı üçün texnologiyalar inkişaf etdirərək milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir.

Xəbər lenti