Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Votsap”da silinən mesajları necə oxumaq olar? – İlginc üsul

22.01.2020 14:16

"Votsap” proqramında qarşı tərəfin sildiyi və sizin görmədiyiniz mesajları oxumanın bir hiyləsi ortaya çıxıb.

Silinən mesajı oxumaq üçün proqramı mobil telefondan silib yenidən yükləmək lazım gəlir.

Keçən aylarda qarşı tərəfə göndərilən mesajı o oxumadan silmək mümkün olmuşdu. İndi isə sizin görmədiyiniz və silinən bir mesajı oxumaq mümkün hala gəlib.

Silinmiş mesajı oxumaq üçün "Votsap” proqramını silib, təkrar yükləmək lazım gəlir. Bu prosesi həyata keçirərkən, mesaj tarixçəsi yaddaşda qaldığı üçün silinən mesaj yenidən bərpa olunur.

Mesaj söhbət qutusundan silinsə belə, telefonun yaddaşına qalır.

"Votsap” şirkətinin yetkililəri bu xətanı aradan qaldırmaq üçün proqramın sistemini yenidən nəzərdən keçirməyi planlaşdırır./teleqraf

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR