Xəzər Xəbər

“Boeing 737 Max”ın proqramında daha bir problem aşkarlanıb

Texnologiya | 17:55 • 18 Yanvar 2020
“Boeing 737 Max”ın proqramında daha bir problem aşkarlanıb

ABŞ-ın "Boeing” korporasiyası "737 Max” təyyarə modeli üçün hazırlanan proqramda daha bir problem aşkarlayıb. Şirkət aşkarlanan zəif cəhətin təyyarənin uçuşa geri dönməsini təxirə sala biləcəyini vurğulayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, problem texniki yoxlama zamanı və yenilənmiş proqram təminatının işlənib hazırlanmasından əvvəl qeydə alınıb.


Xatırladaq ki, "Boeing 737 Max”ın uçuşları dünyada ardıcıl baş verən iki qəzadan sonra (Efiopiya və İndoneziyada) dayandırılıb. Ümumilikdə 346 nəfərin ölümü ilə nəticələnən hər iki halda bu modeldən olan təyyarələr qəzaya uğrayıb.


Bu səbəbdən yaranan böhrana görə "Boeing” şirkətinin direktoru istefa verib. 2020-ci ilin əvvəlindən şirkət "737 Max” təyyarəsinin istehsalını dayandırıb.

Xəbər lenti