Xəzər Xəbər

“Apple” iOS-un yeni versiyasını təqdim etdi – Yeniliklər nələrdir?

Texnologiya | 12:38 • 19 Noyabr 2019
“Apple” iOS-un yeni versiyasını təqdim etdi

"Apple” istifadəçilərinə iOS 13.2.3 versiyasını təqdim edib.

"Apple” son vaxtlar yeniləmələrdə çox sürətlə hərəkət etməyə başlayıb. Noyabrın 8-də iOS 13.2.2-i təqdim edən texnologiya nəhəngi, 10 gündən sonra iOS 13.2.3 versiyası ilə qarşımıza çıxıb. Eyni zamanda, "iPadOS" 13.2.3 versiyası da istifadəçilərin xidmətinə verilib.

Yeniləmə sadəcə əvvəlki versiyaların nöqsanları və çatışmazlıqları üzərində aparılıb. Ölçüsü 100 MB olan yeniləmə iOS 13.1-də qalanlar üçün təxminən 600 MB təşkil edir.

Yeniləmə qeydlərindəki məlumatlar bunlardır:

*Sistem axtarışının "mail”, fayl və qeydlərdə işləməsinə mane olan,

*Tətbiqlərin arxa planda məzmun yükləməsinə mane olan,

*"Mail”in yeni mesajlar almağına mane olan,

*"Exchange” hesablarında orijinal mesaj məzmunu almalarına mane olan.

Bundan əlavə, mesajların ətraflı görünüşündə fotoşəkillərin və əlaqələrin görünməmə problemi həll edilib. Yeniləməni quraşdırmaq istəyənlər "parametrlər – ümumi – proqram yeniləmə" yolunu izləyərək yeni versiyaya keçə bilərlər.

Qeyd edək ki, bu versiyanı iOS 13-də qalan bütün "iPhone” modelləri alıb.

publika.az

Xəbər lenti