Xəzər Xəbər

“Nissan” şirkəti 450 mindən çox avtomobilini geri çağırır

Texnologiya | 09:08 • 16 Noyabr 2019
“Nissan” şirkəti 450 mindən çox avtomobilini geri çağırır

Yaponiyanın tanınmış "Nissan” avtomobil konserni ABŞ və Yaxın Şərqdən 450 mindən çox avtomobilini əyləc mayesinin sızmasına görə geri çağırır.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu nasazlığın yanğın törətmək təhlükəsi olduğu bildirilir.


Həmin avtomobillərin 436 mini ABŞ və Kanadadan, 8 mini isə Yaxın Şərqdən geri çağırılacaq.

Xəbər lenti