Xəzər Xəbər

Vatsapda rahat ÖDƏNİŞ apara biləcəksiniz YENİ SİSTEM İŞƏ DÜŞDÜ

Texnologiya | 12:09 • 13 Noyabr 2019
Vatsapda rahat ÖDƏNİŞ apara biləcəksiniz

"Facebook” şirkəti "Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

XəzərXəbər azərtac-a istinadla xəbər verir ki, məlumatda "Facebook Pay” xidmətinin insanlara "Facebook”, "Messenger”, "Instagram” və "WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan "Facebook” və "Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.

Xəbər lenti