Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."

12.11.2019 13:38

Dünyaca məşhur "Homo Sapiens” və "Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına geniş müsahibə verib.

İsrailli alimin süni intellektin insanlığa təsiri və robotlarla insanlar arasında duyğusal əlaqələr, gələcək və bir çox məsələlərdən bəhs etdiyi müsahibəsini təqdim edirik.

"Süni intellektin duyğuları olmasa da, insanların duyğularını manipulyasiya edə biləcək”

- Kompüter və robotların hissləri olmasa belə bizim hisslərimizi idarə edə biləcəkmi?

- Qətiyyətlə. Hətta bizim başqa insanlara hirslənib etiraz edəcəyik ki, necə yəni bizim hisslərimizi kompüterlər kimi anlaya bilmirlər. Kompüterlərin soyuq və hissiyyatsız olduğunu düşünürük. Amma problem əslində tam tərsidir. İnsanlar hər zaman anlaşılmaq istəyirlər. Mən ailəmin, müəllimimin məni anlamasını istəyirəm. Etdiyim hər şeyin başqaları tərəfindən anlaşılmasını istəyirəm. Çox zaman isə onlar məni anlamır. Ancaq kompüterlər məni başqalarından daha yaxşı anlamaq potensialına malik olacaqlar.

"Gələcəkdə soyuducular hisslərinizi həyat yoldaşınızdan daha yaxşı başa düşəcək”

-Bu yaxşı bir şeydir, yoxsa pis? İndi də yeni nəsil uşaqlar daim telefon və tabletlərlə oynayırlar. Digər uşaqlarla əvvəlki kimi sosiallaşmırlar. Bu anlamda, insanlığı gələcəkdə nələr gözləyir?

- Təhlükəli və qorxunc ssenarilərdən biri: bizi anlayacaq və evə girər-girməz bizə bağlanacaq maşınlara çox öyrəşəcəyik. Yəni evdəki bütün cihazlar mənim keyfimi və hisslərimi dərhal anlayacaq. Soyuducu, televizor duyğusal halımın fərqinə varacaq. Amma evdəkilər başa düşməyəcək. Soyuducunun sizə həyat yoldaşınızdan daha yaxşı başa düşdüyü bir dünyada yaşamaq necə olar? Belə bir dünyada dözümsüz hala gələcəyik.

- Yəni insanlar arasındakı münasibət gələcəkdə daha da mürəkkəbləşəcək?

- Bəli. Bəzi şeylərin qarşısını almaya bilərik. Bu, böyük təhlükədir.

- Siz, eyni zamanda, din və milliyyətçiliklə bağlı yazılar yazmısınız. Din və milliyətçiliyin 21-ci əsrin qlobal istiləşmə, texnoloji inkişaf kimi problemlərinə çarə olmayacağını deyirsiniz. Bəs çarə nədir?

- Tək cavabım qlobal əməkdaşlıqdır.

- Bu, həqiqətən, mümkündür?

- Bilmirəm…

- Son 20-30 ildir, qloballaşma teoriyası üzərində danışırsınız. Amma indi görürük ki, bu teoriya tez çökür. Dövlətlər yüksəlişdədir. Qloballaşma günün sonunda kapitalizmin hekayəsi olur. Bu baxımdan siz öz teoriyanıza güvənirsizmi?

- Yox. Nəyin işləyə biləcəyi ilə nəyin gerçəkdən olacağını ayırd etməliyik. Əslinə baxsanız, bu, gerçəkləcəyi qəti olmayan ən böyük inqilabdır. İnsanlar çox zaman öz zərərlərinə olacaq şeyləri edirlər. Həm fərdi, həm də kollektiv səviyyədə. Əgər iqlim dəyişikliyi, ya da biotexnologiyada süni intellektin yüksəlməsi kimi bir məqama baxsanız, bunu tək ölkə səviyyəsində çözə bilməzsiniz. Məsələn, Türkiyə iqlim dəyişikliyini təkbaşına həll edə bilməz. Başqa ölkələrlə əməkdaşlıq etməsə, bu çox çətin olar. Çünki iqtisadi şəkildə, ciddi anlamda, özünə güvənmək lazımdır. Eynən bunun kimi deyə bilərik ki, genetik mühəndisliklə bağlı narahatlıqlarınız var. İnsanların tanrı rolunu oynamağa başlamasının, uşaq istehsal edəcək qədər mühəndisliyi inkişaf etdirməsinin pis fikir olduğunu və Türkiyənin insanlar üzərində genetik mühəndisliyi qadağan etməsini düşünürsünüz. Ancaq Çindəki mütəxəssislər üzərində nəzarətiniz yoxdur. Türkiyə qadağan etdi, Çin etmədi. Nə olacaq? Gələcək 20-30 il içində Çin bu mövzu ilə bağlı bütün üstünlüklərə sahib olacaq. Yəni insanlar üzərində genetik çalışmalar etdiyi üçün iqtisadi, sosial və hərbi faydalar təmin edəcək.

- Bəs yaxşı, dünyanın nizamı dəyişəcəkmi? Hazırkı dünya nizamı davam edərsə, nələr ola biləcəyini bilirik. BMT-də ən kritik qərarları 5 ölkə verir. İçlərindən biri veto etsə, heç bir nəticə əldə olunmur. Bu dediklərinizin gerçəkləşməsi üçün öncə dünyanın nizamının dəyişməsi lazım deyilmi?

- Mən problemi BMT-nin həll edə biləcəyi ilə bağlı danışmıram. Məncə, hələ də güclü dövlətlərə ehtiyacımız var. Ancaq onların əməkdaşlıq etməsi lazımdır.

Hazırda dünyada ən böyük yanlış fikirlərdən biri insanların milliyyətçilik və qloballaşma arasında ziddiyyət olduğunu düşünməsidir. Seçmək məcburiyyətindəsiniz, amma əslində, heç bir ziddiyyət yoxdur. Əgər milliyyətçiliyin başqalarından nifrət etmək olduğunu düşünürsünüzsə, bəli, burada ziddiyyət var. Amma milliyyətçilik başqalarından nifrət etməklə əlaqəli deyil.Milliyyətçilik öz ölkənin insanına qayğı göstərmək, təhlükəsizlik və rifahlarını təmin etməkdir. 21-ci əsrdə öz vətəndaşının rifahını təmin etməyin tək yolu digər ölkələrlə əməkdaşlıq etməkdən keçir. Yəni yaxşı bir milliyyətçi həm də yaxşı bir kosmopolit olmalıdır.Qlobal imperatorluğu, bütün fərqli dilləri, mədəniyyətləri ləğv etməyə ehtiyacımız olduğundan bəhs etmirəm. Sadəcə qlobal problemləri milli siyasətin üzərinə qoymaq lazımdır. Əgər seçim varsa, variantlar bunlar olmalıdır: İqlim dəyişikliyi ilə bağlı nə edəcəksən? Süni intellekt ilə bağlı nə edəcəksən?

- Gəlin bir az da dürüstcə baxaq. Bu gün hələ də nasistlər var. Avropa İttifaqı qaçqın böhranı ilə qarşı-qarşıyadır. Bir konsulluqda göz görə-görə öldürülən jurnalist haqqında qərar verə bilməyən dünya nizamı varkən, ölkələr fərqli maraqlara, pozisiyalara sahibkən bu dedikləriniz necə reallaşacaq? Yoxsa, yeni bir dünya müharibəsinin eşiyində dayanmışıq?

- Bir ssenariyə görə, böyük fəlakəti gözləməliyik. Yəni ancaq böyük bir müharibə, ya da iqlim fəlakəti yaşamalıyıq ki, insanlar böyük problemlərin fərqinə varsınlar. Bu problemlərin həlli üçün daha geniş əməkdaşlığın lazım olduğunu və millətlərin təkbaşına bunun öhdəsindən gəlməyəcəyini anlasınlar. Tarixdə adətən təcili vəziyyət yoxdursa, belə bir durum gerçəkləşmir. Yəni bu, bir ən pis durumun ssenarisidir. Ancaq bəzən insanlar təcili vəziyyət olmayanda da əməkdaşlıq edir. Məsələn, Soyuq Müharibədə nüvə silahlanmasını nümunə göstərə bilərik. SSRİ və ABŞ aralarındakı bütün gərginliklərə rəğmən, bu müharibəni əngəlləyə biləcək bir rejim qurmağı bacardı və Soyuq Müharibə fəlakətlə deyil, barışla bitdi.

- Demək ki, məsələ təhdidin nə qədər ciddi olduğundan asılıdır.

- Doğrudur.

- Bəlkə də iqlim dəyişikliyi və süni intellekt o qədər də ciddi təhlükə kimi görünmür…

- Çox haqlısınız. Yəni nüvə müharibəsində təhdid olduqca açıqdır. İnsanların nə qədər təhlükəli olduğunu anlaması üçün bir nüvə müharibəsi görməyə ehtiyacı yoxdur. İqlim dəyişikliyi, biotexnologiya və süni intellektin inkişafı ilə bağlı bir problemin parçası bunların bir çox insan tərəfindən rədd edilməsi, ya da üzərində düşünməməsi. Gerçəkləşdiyində çox gec olacaq. Əgər buzların əriməsi və okeanların səviyyəsinin yüksəlməsi üçün gözləsək, çox gec olacaq.

- Bəs yaxın müddətdə bütün bu hərəkətlilikdən dolayı dünya müharibəsinin başlanması ehtimalı varmı?

- Yox. Dünya müharibəsi gözə alınmayacaq dərəcədə fəlakətli olacaq. Buna görə də gerçəkləşmə şansı aşağıdır. Tarixə nəzər salsaq, bəlkə də, bütün bu milliyyətçiliklərə rəğmən, ən barışcıl zamanda yaşadığımızı görərik. Məsələn, Avropada Macarıstan Rumıniyaya oradakı macar torpaqları üçün mahribə elan etsə, çox narahat olardım. Bu, 100 il keçmişə qayıtmaq deməkdir. Və bir dünya müharibəsinin ilk addımı ola bilərdi. Amm hələ o nöqtəyə gəlmədik. Ancaq rahat olmayın. O nöqtəyə gələ bilərik. Lakin bunun qarşısını alacaq qədər zamanımız var.

- Liberalizmin çöküşündən bəhs edirsiniz. Bunun yerini nə alacaq? Bir teoriyanız varmı?

- Bunu kimsə bilmir. Tarixdə 3 böyük hekayə var. 20-ci əsrin hekayəsi - faşist hekayəsi, kommunist və liberal hekayə. Faşist və kommunist hekayələri fəlakətdir. Liberalizm isə hələ də qalır. İndi də o çökür. Yerinə qoyacaq nəyimizsə yoxdur. Dünyada liberal olmayan rejimlərin çoxu xalqlarına keçmişlərilə, geriyə qayıtmaqla bağlı nostaljik fantaziyalar uydurur. Gələcəklə bağlı gerçək görüşləri yoxdur. 2050-də insanlıq necə olacaq? İqlim dəyişikliyi hara gedəcək? Putin və ya Trampın bu mövzuda danışdığını belə görmürsünüz? Heç kimsə insanlığın 30 və ya 40 il öncə hansı səviyyədə olacağına dair fikir istehsal etmir.

- Süni intellekt ilə insan nəsli arasında müharibə çıxa bilərmi?

- Yox. Bu fikir sadəcə robotların şüur əldə edəcəyi, ehtirasları olacağı və insanlarla savaşmağa başlayacaqları ideyalarından çıxan ssenaridir.Daha mümkün bir şey ola bilər: süni intellekt bir ya da bir neçə ölkənin elitini gücləndirər. Onların digər ölkələrə təzyiq göstərərək müstəmləkəyə çevirməsinə yardımçı olar. Eynən, 19-cu əsrdə sənaye inqilabında olduğu kimi.Dünyanı qatarlar fəth etmədi. Qatarlar, buxarlı gəmilər, elektrik stansiyalarını inkişaf etdirən dövlətlər fəth etdilər. Britaniya, Fransa, Yaponiya fəth etdikləri yeri istismar etdiyi kimi… Eyni proses süni intellektin köməyi ilə təkrarlana bilər. Dünyanın ələ keçirən kompüterlər deyil, onlara sahib olan ölkələrdir.

- Bəs süni intellekt müharibə anlayışını silə bilərmi? Yəni gücünü insanların müharibə çıxarmasına qarşı istifadə edə bilərmi?

- Hə, bəlkə də… Süni intellekt bir çox yaxşı iş görə bilər.

- Suriya və Yaxın Şərqdəki böhranları bir alqorifmin çözməsi mümkün olarmı?

- Bu olduqca uzaq ehtimaldır. Bir alqoritmin təmin edəcəyi şey vücudunuzun daxilində nə baş verdiyini öyrənmək və daha yaxşı sağlıq sistemi qurmaq olar. Bir alqorifm avtomobil qəzalarının qarşısını ala bilər. Amma siyasi problemlər üçün hələ də insanlara güvənmək məcburiyyətindəyik.

- Sizin övladınız yoxdur, amma gələcəkdə olarsa, ona necə bir peşə seçməsini məsləhət görərdiniz?

- Tarix boyunca ilk dəfə bundan 30 il sonra iş bazarının necə olacağını bilə bilmirik. Dolayısı ilə uşaqlara peşə ilə bağlı nə deyəcəyimizi bilmirik. Kimiləri də uşaqlara kodlaşdırma təhsili verməyimizi tövsiyə edir. Amma bəlkə də, 30 ildən sonra süni intellekt insanlardan daha yaxşı proqramlaşdırma edəcək.

İndi uşaqlarımıza verə biləcəyimiz ən yaxşı məsləhət həyatları boyunca özləriniz yeniləmək bacarığıdır. Daim, yenidən və yenidən özünüzü yeniləməniz tələb olunacaq. Bunun üçün də elastik bir beyinə sahib olmaq lazımdır.

- Kodlaşdırma belə…

- Bəli.

- Növbəti kitabınız nə ilə əlaqəli olacaq? Orada da yenə sadəcə ehtimalları yazacaqsınız, yoxsa həll yolları göstərəcəksiniz?

- Hamısına deyil, amma bəzi problemlərə həll yolu deyirəm.Bu gün önəmli olan şey cavab tapmaq deyil, düzgün sualı qoymaqdır.

Əslində, bir uşaq kitabı yazmağı düşünürəm. Daha gənc nəslə xitab etmək və dayanıb gözləmək yerinə bu fikirləri onlara çatdırmaq istəyirəm.

publika.az

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR