Çinin peyki atmosferdə yanıb

08.10.2019 21:34

2012-ci ildə naməlum texnologiyaların sınaqdan keçirilməsi məqsədilə kosmosa buraxılmış Çinin "Xinyan-1” eksperimental peyki atmosferdə yanıb. 

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Şimali Amerika Hərbi-Kosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən yayılıb.

Məlumatda qeyd olunub ki, kosmik aparat şənbə günü orbitdən çıxıb. Müşahidə vasitələri onu sonuncu dəfə oktyabrın 5-də qeydə alıblar, sonra isə peyk Cənubi Afrika üzərində yanıb.

"Xinyan-1” eksperimental peyki 2012-ci ilin noyabrında ikipilləli raketdaşıyıcı vasitəsilə kosmosa göndərilib. Onun əsas missiyası yeni kosmik texnologiyaların sınaqdan keçirilməsi olub. Bu texnologiyaların funksiyaları ilə bağlı açıqlama verilməyib. Kosmik texnologiyalar üzrə ixtisaslaşmış bəzi portalların məlumatına görə, aparat yüksəktezlikli genişzolaqlı rabitə vasitələrinin sınağını keçirib. Bu cür texnologiyalar daha çox hərbi məqsədlər üçün istifadə olunur.

Bu kosmik aparatla yanaşı, qlobal təbii fəlakətlərin monitorinqi məqsədilə orbitə "Huanjing 1S” peyki də buraxılmışdı.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR