Xəzər Xəbər

3 yeni iPhone modeli təqdim edildi QİYMƏTLƏR

Texnologiya | 11:23 • 11 Sentyabr 2019
3 yeni iPhone modeli təqdim edildi

ABŞ-ın Apple şirkəti iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max​modellərini təqdim edib.

"Marja" xəbər verir ki, iPhone 11-in qiyməti 699 dollardan, iPhone 11 Pro 999 dollardan, iPhone 11 Pro Max isə 1099 dollardan başlayır. Bu gözlənilən qiymətlərdən aşağıdır.

iPhone 11 digər modellər ilə müqayisədə ən sürətli prosessora malikdir. Telefon 1 saat daha çox batareya müddəti təqdim edir.

iPhone 11 Pro və iPhone 11 Pro Max modelləri 12MP3 arxa kameraya malikdirlər.

iPhone 11 modelləri5.8 düyüm və 6.5 düyüm ekran ilə təchiz olunurlar.

Modellərin satışına 20 sentyabrdan başlanacaq.

Xəbər lenti

Çox oxunanlar