Xəzər Xəbər

Android Q'nü ilk olaraq hansı Xiaomi smartfonları əldə edəcəklər?

Texnologiya | 16:55 • 18 İyun 2019
Android Q'nü ilk olaraq hansı Xiaomi smartfonları əldə edəcəklər?

Xiaomi şirkəti MIUI forumunda Android əməliyyat sisteminin yeni versiyası olacaq Android Q-nü ilk olaraq hansı Xiaomi smartfonlarının əldə edəcəkləri siyahısını paylaşıb. Bu barədə 4pda saytı xəbər verib.

XəzərXəbər technote.az-a istinadən bildirir ki, təqdim olunmuş siyahıda əsasən Xiaomi-nin flaqman smartfon modelləri olsalar da, onların arasında büdcəli modellər də var. Beləliklə aşağıda təqdim olunmuş siyahıdakı Xiaomi vəRedmismartfonları dəqiq olaraq Android 10 əməliyyat sistemini əldə edəcəklər:

-Xiaomi Mi 9- 2019-cu ilin 4-cü rübü

-Redmi K20 Pro- 2019-cu ilin 4-cü rübü

-Xiaomi Mi 8- 2019-cu ilin 4-cü rübü

-Xiaomi Mi 8 Explorer Edition- 2019-cu ilin 4-cü rübü

-Xiaomi Mi 8 Screen Fingerprint Edition- 2019-cu ilin 4-cü rübü

-Xiaomi Mi Mix 2S- 2019-cu ilin 4-cü rübü

-Xiaomi Mi Mix 3- 2019-cu ilin 4-cü rübü

-Redmi K20- 2019-cu ilin 4-cü rübü

-Xiaomi Mi 9 SE- 2019-cu ilin 4-cü rübü

-Redmi Note 7(Q1 2020) - 2020-ci ilin 1-ci rübü

-Redmi Note 7 Pro(Q1 2020) - 2020-ci ilin 1-ci rübü.

Tərtibatçılar qeyd ediblər ki, siyahıda təqdim olunmuş tarix göstəriciləri təqribidir. Əgər sözügedən smartfon modellərindən hansındasa yeni əməliyyat sisteminin testi zamanı problemlər yaşansa həmin əməliyyat sisteminin test olunmuş smartfon modelində dəstəklənmə tarixi dəyişəcək. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 9, Xiaomi Mi Mix 3 5G və Redmi K20 Pro smartfon modellərinin istifadəçiləri öz cihazlarına Android Q əməliyyat sisteminin rəsmi beta versiyasını quraşdıra bilərlər.

Xəbər lenti