Xəzər Xəbər

"Panasonic" "Huawei" ilə əməkdaşlığı kəsib - ABŞ-ın qadağalarına görə

Texnologiya | 09:24 • 23 May 2019
"Panasonic" "Huawei" ilə əməkdaşlığı kəsib -

Yaponiyanın "Panasonic” şirkəti ABŞ qadağalarına görə Çinin telekommunikasiya nəhəngi "Huawei" ilə əməkdaşlığı dayandırıb.


Bu barədə "Nikkei Asia Review" agentliyi məlumat yayıb.


Şirkətdən bildirilib ki, "Huawei”dən bəzi komponentlər təslim edilib və bu məhsullar məhdud saydadır. Buna görə də şirkət çatdırılmaların dayandırılmasına görə itki ilə məruz qalmayacaq.


Bundan əvvəl qeyd olunub ki, "Huawei" smartfonları qadağalara görə yeni nəsil prosessorlardan məhrum olub.

Xəbər lenti