Xəzər Xəbər

Feysbukdan RADİKAL ADDIM Bu xidmət qadağan olundu

Texnologiya | 10:47 • 16 May 2019
Feysbukdan RADİKAL ADDIM

Feysbuk canlı yayım açmağı qadağan edəcək.

Qadağa ictimai qaydaları kobud şəkildə pozan canlı yayımlara aiddir.

CNET texnologiya saytının xəbərinə görə, şirkət mart ayında Yeni Zelandiyadakı məscidlərdə gerçəkləşdirilən qətliamdan sonra bu qərarı verib. 51 nəfərin vəhşicəsinə öldürüldüyü həmin qətliamda cinayətkar əməllərini canlı yayım açmaqla bütün dünyaya nümayiş etdirmişdi.

Şirkətin nümayəndəsi Qay Rozen şəxsi bloqunda dərc etdiyi məqalədə bildirib ki, canlı yayım etməsi əngəllənən şəxslər Feysbukun rekalam qoymaq xidmətlərindən də istifadə edə bilməyəcək. Qadağa bu gündən etibarən qüvvəyə minəcək.

Feysbuk video və canlı yayımlardan mənfi məqsədlərlə istifadə edənləri bloklamaq məqsədilə 7,5 milyon dollar dəyərində yeni texnologiya quracaq.

Xəbər lenti