Xəzər Xəbər

“Google” servislərinin fəaliyyətində problemlər yaranıb

Texnologiya | 19:34 • 18 Aprel 2019
“Google” servislərinin fəaliyyətində problemlər yaranıb

Əksər ölkələrin sakinləri aprelin 18-nə keçən gecə "Google" axtarış sisteminin və "Gmail" elektron poçtunun işində nasazlıqlarla üzləşiblər. Şikayətlərin əsas hissəsi ABŞ sakinlərindən daxil olub. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən "Downdetector" resursunun məlumatında deyilir.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, əksər istifadəçilər səhifəyə daxil olmaq və servisdən istifadə etmək istəyərkən problemlərlə üzləşib. Nasazlıq Bakı vaxtı ilə saat 01:40-da qeydə alınıb.


Amerikalılarla yanaşı, oxşar problemlərlə Rusiya, Ukrayna, Böyük Britaniya, Avstraliya və Yaponiya sakinləri də rastlaşıblar.

Xəbər lenti