Xəzər Xəbər

64 MP və 100 MP + kameralı smartfonlar olacaq

Texnologiya | 15:14 • 19 Mart 2019
64 MP və 100 MP + kameralı smartfonlar olacaq

Qualcomm-un meneceri birdən çox texnologiya nəhənginin yüksək megapiksel kameralı telefonlar istehsal edəcəyini bildirir.

Keçdiyimiz aylarda, ağıllı telefon istehsalçılarının 32 MP və 48 MP kameraya sahib telefonları istehsala buraxması ilə 'megapiksel döyüşləri' yenidən başlamış vəziyyətdə olduğunu söyləyən Qualcomm idarəçisi Judd Heape-ə görə, bu hələ başlanğıcdır.

XəzərXəbər chip.az-a istinadən bildirir ki,Heape MySmartPrice-ə verdiyi açıqlamasında, orijinal məhsul istehsalçılarının sensor istehsalçılarıyla birlikdə, bu ilin sonuna qədər 64 MP və 100 MP + kameralı ağıllı telefonlar istehsal edəcəyini deyir.

Heap, ətraflı məlumat verməsə də söylədiklərinə görə birdən çox marka, 2019-un sonuna qədər bu texnologiya ilə qarşımıza çıxacaq. Bu yüksək megapikselli kameraların yalnız bir dəfəyə deyil, davamlı olaraq istehsal olunması deməkdir.

Belə ki, Huawei-nin 40 MP-lik və Redmi Note 7 Pro-nun 48 MP-lik kamerasından alınan görüntülərlə nə qədər keyfiyyətli şəkillər çəkilə bildiyini görmüş olduq. Bu vəziyyət göz önünə alındığında Ultra HD fotoşəkillər çəkə bilən ağıllı telefonların gəlməsi istifadəçilər tərəfindən səbirsizliklə gözlənildiyini demək, mümkündür.

Xəbər lenti