Xəzər Xəbər

Dünyanın ən yaxşı smartfonları - Siyahı

Texnologiya | 09:52 • 19 Fevral 2019
Dünyanın ən yaxşı smartfonları - Siyahı

Ən yaxşı göstəriciləri olan qadjetlərin siyahısı nəşrin saytında dərc olunub.

"Business İnsider” nəşrinin ekspertləri dünyanın ən yaxşı 20 smartfonunun reytinqini tərtib edib.

Ən yaxşı göstəriciləri olan qadjetlərin siyahısı nəşrin saytında dərc olunub.

Birinci yerdə güclü akkumulyatoru, kamera çəkilişinin keyfiyyəti və müasir dizaynı hesabına Çinin "Oneplus 6T” smartfonu qərarlaşıb. Onun həm də "rəqib”lərindən fərqli olaraq, qiymətinin cibə münasib olması vurğulanır.

İkinci yerdə ekspertlər "iPhone XR” modelini göstərib. Bu, "Apple” şirkətinin ən yüksək xarakteristikası olan buraxılışı hesab olunur.

Üçüncü yeri isə "Google”un "Pixel 3” və "Pixel 3 XL” smartfonları öz aralarında bölüşüb. Onların xüsusi olaraq kamerasının keyfiyyəti qabardılıb.

İlk onluqda "Samsung Note 9”, "iPhone XS” və "iPhone XS Max”, "LG V40”, "iPhone 8 Plus” və "Samsung Galaxy S9” kimi modellər yer alır.(oxu.az)

Xəbər lenti