Xəzər Xəbər

Hindistan kosmosa robot göndərəcək

Texnologiya | 13:24 • 18 Yanvar 2019
Hindistan kosmosa robot göndərəcək

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək.


Təşkilat uçuş üçün android-robot hazırlayır.


Qeyd olunur ki, Hindistan istehsalı olan bu robot demək olar ki, hazırdır və yaxın zamanlarda sınaqlar başlayacaq.


Robotun 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa göndəriləcəyi nəzərdə tutulub.


Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş keçirə bilər. (Trend)

Xəbər lenti