Xəzər Xəbər

“Apple” Çində “iPhone” üçün proqram təminatını yeniləyəcək

Texnologiya | 13:50 • 14 Dekabr 2018
“Apple” Çində “iPhone” üçün proqram təminatını yeniləyəcək

"Apple” korporasiyasının Çində yerləşən bölməsi yerli məhkəmənin bəzi "iPhone” modellərinin satışının müvəqqəti dayandırılması barədə qərarından sonra gələn həftənin əvvəlində öz smartfonları üçün proqram təminatını yeniləməyə başlayacaq.


AZƏRTAC Europe1 radiostansiyasına istinadla xəbər verir ki, korporasiyanın məhkəmə çəkişməsinə səbəb olan problemi hansı yolla həll edəcəyi məlum deyil.


Bir müddət əvvəl Çinin Fucjou şəhər məhkəməsi "Qualcomm” kompaniyasının sorğusu ilə 7 smartfon modelinin ölkədə satışının dayandırılması barədə qərar qəbul edib. Məhkəmənin fikrincə, "Apple” fotoşəkillərin redaktə texnologiyası, həmçinin proqramların sensor paneli vasitəsilə idarə edilməsi ilə bağlı "Qualcomm” kompaniyasının patentini pozub. "Apple” isə öz növbəsində şikayətçinin iddiasını rədd edərək apelyasiya şikayəti verib.


"Apple” qurğuları üçün ehtiyat hissələrinin çatdırılması ilə məşğul olan "Qualcomm” kompaniyası bu ilin sentyabrında Amerika korporasiyasını kommersiya sirrini oğurlamaqda ittiham edib.

Xəbər lenti

Çox oxunanlar