Xəzər Xəbər

“F1 TV” xidməti yeni ölkələrə yayılacaq

Texnologiya | 18:57 • 10 Noyabr 2018
“F1 TV” xidməti yeni ölkələrə yayılacaq

"Liberty Media”nın rəhbəri Çeyz Keri vurğulayıb ki, növbəti ildən "F1 TV” xidmətindən Böyük Britaniya və İtaliyada da istifadə olunacaq. Hazırda bu ölkələrin xidmətə məxsus telekanalların yayımına eksklüziv hüququ yoxdur və onların translyasiyası həyata keçirilmir.


AZƏRTAC xəbər verir ki, Kerinin sözlərinə görə, Formula 1 yarışlarının yayım hüququna malik olan telekanallarla danışıqlar aparılır. Onların yayımının əhatə dairəsinin genişləndirilməsi isə mühüm addım olacaq. "Bu yayım məhsulu baza səviyyəsindən yuxarı imkanlar üçün daha çox məbləğ ödəmək istəyən böyük həvəskarlar üçün nəzərdə tutulub. Düşünürəm ki, bu, tərəflərin hər biri üçün sərfəli olacaq və müştərilərimizin tələbatını ödəməyə imkan verəcək”, -deyə Keri əlavə edib.

Xəbər lenti