Xəzər Xəbər

Türkiyə tərəfindən ABŞ-a daha bir zərbə

Texnologiya | 16:01 • 17 Avqust 2018
Türkiyə tərəfindən ABŞ-a daha bir zərbə

Türkiyədə 3 böyük idxalçı 50 milyon dollarlıq "iPhone" sifarişini ləğv edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ istehsalı olan elektron məhsulları boykot çağırışından sonra bu ölkədə iri idxalçı firmalar sifarişlərini ləğv etməyə başlayıb.

Başda "iPhone" olmaq üzrə ABŞ mənşəli onlarca məhsulun Türkiyəyə idxalı dayandırılıb. Ticarətçilərin verdiyi məlumata görə, təkcə "Doğubank"da fəaliyyət göstərən 3 böyük idxalçı 50 milyon dollarlıq "iPhone" sifarişini ləğv edib.

Məzənnə dəyişikliyindən istifadə etmək istəyən bəzi idxalçılar isə məhsullarını anbarda saxlayır. Başda ofis ləvazimatları olmaq üzrə xaricdən idxal edilən bir çox məhsul bazarda tapılmır. İdxalçı firmaların Qurban bayramından sonra həmin məhsulların qiymətini qaldırmağı planlaşdırdığı bildirilir.


Xəbər lenti