Xəzər Xəbər

“Windows”da şübhə doğuran proqramların yoxlanılması asanlaşacaq

Texnologiya | 15:20 • 13 Avqust 2018
“Windows”da şübhə doğuran proqramların yoxlanılması asanlaşacaq

"Windows 10” əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş konteyner əlçatan olacaq. Proqram öz işini bitirən kimi virtual mühit məhv edilir ki, zərərli kod sistemə zərər vurmasın.

AZƏRTAC "hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, yeni "InPrivate Desktop” funksiyası erkən hazırlama mərhələsindədir və şirkətdə daxili sınaqdan keçirilir. Buna əsaslanaraq, yeni funksiya çətin ki, "Windows 10” sisteminin payıza nəzərdə tutulmuş növbəti böyük yeniləməsində tətbiq olunsun. "InPrivate Desktop” funksiyası əməliyyat sisteminin virtuallaşdırma rejimi aktivləşdirilmiş korporativ versiyasının ("Windows 10 Enterprise”) mövcudluğunu tələb edir. Proqramı "Windows” mağazasından yükləmək mümkün olacaq.

Virtuallaşdırma texnologiyaları "Windows 10” platformasının təhlükəsizlik funksiyalarının əksəriyyətində tətbiq edilib.

Xəbər lenti